“Barselona”nın aparıcı futbolçusu Superkuboku buraxa bilər
03.08.2015 - 13:20
“Barselona”nın aparıcı futbolçusu Superkuboku buraxa bilər

“Barselona” aparıcı futbolçusu Andres İnyestanı itirib. Apasport.az saytı xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi topuq nahiyəsindən xəsarət alıb.

 

“Fiorentina” ilə yoldaşlıq görüşünün (1:2) ilk hissəsində zədələnən İnyesta əvəzlənməli olub. Kataloniya klubunun baş məşqçisi Luis Enrikenin sözlərinə görə, ulduz futbolçunun zədəsi ciddi deyil. İnyesta bu gün tibbi müayinədən keçəcək və yalnız ondan sonra zədəsinin durumuna aydınlıq gələcək. Onun Avropa Superkubokunda iştirakı da sual altındadı. Andresin “Roma” ilə yoxlama görüşündə iştirak etməyəcəyi dəqiqdi.

 

Qeyd edək ki, Avropa Superkuboku avqustun 11-də Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək və "Barselona" ilə "Sevilya" üz-üzə gələcək.

0