[b]Pley-offa son addım[/b]
03.08.2015 - 15:15
[b]Pley-offa son addım[/b]

Sabah avrokuboklarda III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, üç gün ərzində baş tutacaq 44 qarşılaşma ilə pley-off mərhələsinin iştirakçıları müəyyənləşəcək.

 

Avqustun 4-də Çempionlar Liqasında 4 görüş keçiriləcək.  Qitənin ən nüfuzlu klub turnirinin digər 11 görüşü isə ertəsi baş tutacaq. Azərbaycan çempionu “Qarabağ” səfərdə 0:1 hesabı ilə uduzduğu Şotlandiya “Seltik”ini keçməyə çalışacaq.

 

Qonşu Türkiyəni təmsil edən “Fənərbaxça” isə çətin Ukrayna səfərində “Şaxtyor” səddini adlamağa cəhd edəcək. Çempionlar Liqasının bu mərhələsində sevinən 15 komanda pley-offa yüksələcək. Eyni sayda uğursuz isə Avropa Liqasında pley-off oynayacaq.

 

Qitənin ikinci dərəcəli klub turnirinin 29 matçı isə avqustun 6-da baş tutacaq. Lakin bunadək UEFA-nın “Kukesi” – “Legiya” matçı ilə bağlı qərarı verilməlidi. Albaniyada baş tutan matç polşalılar hesabda 2:1 öndə olarkən, 51-ci dəqiqədə dayandırılmışdı.

 

Azərbaycan təmsilçilərindən “İnter”in İspaniya “Atletik”i, “Qəbələ”nin Kipr “Apollon”u ilə qarşılaşacağı gündə qalib gələnlər pley-offa yüksələcək. Paytaxt təmsilçisi səfərdəki 0:2 hesablı məğlubiyyətin əvəzini çıxıb, sensasiyaya imza atmaq arzusundadı. Əyalət təmsilçisi isə səfərdəki heç-heçədən (1:1) sonra daha şanslı hesab edildiyi cütdə qalib gəlməyə çalışacaq. Mərhələni məğlub bitirən 29 komanda üçün mövsüm başa çatacaq.  Bu yarışda qonşu Türkiyənin də iki komandası – “Trabsonspor”la “İstanbul Başakşehir” meydana çıxacaq.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi

Cavab oyunları

 

4 avqust

 

22:00. APOEL (Kipr) - “Midtyulland” (Danimarka)

İlk oyun - 2:1

22:00. “Molde” (Norveç) - “Dinamo” (Xorvatiya)

İlk oyun - 1:1

23:15. “Ayaks” (Hollandiya) - “Rapid” (Avstriya)

İlk oyun – 2:2

23:45. “Monako” (Fransa) - “Yanq Boyz” (İsveçrə)

İlk oyun - 3:1

5 avqust

19:00. “Astana” (Qazaxıstan) - HİK (Finlandiya)

İlk oyun - 0:0

21:30. “QARABAĞ” (AZƏRBAYCAN) - “Seltik” (Şotlandiya)

İlk oyun – 0:1

21:45. “Sparta” (Çexiya) - MOİK (Rusiya)

İlk oyun - 2:2

22:30. BATE (Belarus) - “Videoton” (Macarıstan)

İlk oyun – 1:1

23:15. “Bazel” (İsveçrə) - “Lex” (Polşa)

İlk oyun - 3:1

23:30. “Brügge” (Belçika) - “Panatinaikos” (Yunanıstan)

İlk oyun – 1:2

23:30. “Malmö” (İsveç) - “Zalsburq” (Avstriya)

İlk oyun - 0:2

23:30. “Partizan” (Serbiya) - “Styaua” (Rumıniya)

İlk oyun - 1:1

23:45. “Skenderbeu” (Albaniya) - “Milsami” (Moldova)

İlk oyun - 2:0

23:45. “Viktoriya” (Çexiya) - “Makkabi” (Təl-Əviv, İsrail)

İlk oyun – 2:1

23:45. “Şaxtyor” (Ukrayna) - “Fənərbaxça” (Türkiyə)

İlk oyun - 0:0

 

Avropa Liqası

III təsnifat mərhələsi

Cavab oyunları

 

6 avqust

 

21:00. “Rubin” (Rusiya) - “Şturm” (Avstriya)

İlk oyun - 3:2

21:00. "QƏBƏLƏ" (AZƏRBAYCAN) - "Apollon" (Kipr)

İlk oyun - 1:1

 21:00. "Omoniya" (Kipr) - "Brondbü" (Danimarka)

İlk oyun – 0:0

21:00. "İNTER" (AZƏRBAYCAN) - “Atletik” (İspaniya)

İlk oyun - 0:2

22:00. “Hapoel” (Kiryat-Şmona, İsrail) - “Liberec” (Çexiya)

İlk oyun -  1:2

22:00. "Odd Qrenland" (Norveç) - "Elfsborq" (İsveç)

İlk oyun - 1:2

22:00. "Trabzonspor" (Türkiyə) - "Rabotniçki" (Makedoniya)

İlk oyun – 0:1

22:00. "Höteborq" (İsveç) – “Belenenseş” (Portuqaliya)

İlk oyun - 1:2

22:00. "Stromsqodset" (Norveç) – “Hayduk" (Xorvatiya)

İlk oyun - 0:2

22:00. “İstanbul Başakşehir” (Türkiyə) - “Alkmaar” (Hollandiya)

İlk oyun – 0:2

22:00. “Vorskla” (Ukrayna) - "Jilina" (Slovakiya)

İlk oyun – 0:2

22:00. "Rusenburq" (Norveç) - "Debretsen" (Macarıstan)

İlk oyun – 3:2

22:15. "Dinamo" (Minsk, Belarus) - “Sürix” (İsveçrə)

İlk oyun – 1:0

22:30.  “Vaduts" (Lixtenşteyn) - "Tyun" (İsveçrə)

İlk oyun – 0:0

22:30. AEK (Kipr) - “Bordo” (Fransa)

İlk oyun – 0:3

22:45. "Kopenhagen" (Danimarka) - “Yablonets” (Çexiya)

İlk oyun - 1:0

23:00. “Sent-Etyenn” (Fransa) - “Tırqu Mureş” (Rumıniya)

İlk oyun – 3:0

23:00. “Zarya” (Ukrayna) - "Şarlerua" (Belçika)

İlk oyun – 2:0

23:00. “Vitess” (Hollandiya) – “Sauthempton” (İngiltərə)

İlk oyun - 0:3

23:00. “Atromitos” (Yunanıstan) - AİK (İsveç)

İlk oyun - 3:1

23:00. "Jelezniçar" (Bosniya və Herseqovina) - “Standard” (Belçika)

İlk oyun – 1:2

23:00. "Astra" (Rumıniya) - "Vest Hem" (İngiltərə)

İlk oyun - 2:2

23:05. "Spartak" (Trnava, Slovakiya) - PAOK (Yunanıstan)

İlk oyun - 0:1

23:15. "Slovan" (Slovakiya) - “Krasnodar” (Rusiya)

İlk oyun - 0:2

23:30. “Borussiya” (Dortmund, Almaniya) – "Volfsberger" (Avstriya)

İlk oyun - 1:0

23:45. "Aberdin" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan)

İlk oyun - 1:2

00:00. "Voyvodina" (Serbiya) – “Sampdoriya” (İtaliya)

İlk oyun - 4:0

00:00. "Legiya" (Polşa) - "Kukesi" (Albaniya)

İlk oyun hesab 2:1 olarkən, dayandırılıb.

01:15. “Vitoriya” (Portuqaliya) - “Altax” (Avstriya)

İlk oyun - 1:2

 

0