[b]“Qarabağ” oynadığı gün komandalarımız 2 qol buraxır[/b]
03.08.2015 - 16:27
[b]“Qarabağ” oynadığı gün komandalarımız 2 qol buraxır[/b]

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsindəki cavab oyununu özü üçün uğurlu gündə keçirəcək. Apasport.az saytının məlumatına görə, Şotlandiyanın “Seltik” klubunu avqustun 5-də qəbul edəcək Ağdam təmsilçisi bunadək eyni tarixdə meydana çıxıb.

 

Qurban Qurbanovun yetirmələri 2010-cu il avqustun 5-də Avropa Liqasında Polşa “Visla”sı ilə üz-üzə gəlib. Bakıda keçirilən qarşılaşmada “Qarabağ” qalib gəlib – 3:2.

 

Təmsilçimiz bu tarixdə qalib gəlsə də, Şotlandiya çempionu ilə görüşdə eyni hesab qənaətbəxş olmayacaq. Çünki 3:2 hesablı qələbə ağdamlıları deyil, rəqibini bu turnirin pley-offuna daşıyacaq.

 

Ümumiyyətlə, avqustun 5-də xoş olmayan tendensiya var ki, komandalarımız həmin gün 2 qol buraxır. 2009-cu ildə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bolqarıstan “Levski”sinin qonağı olan “Bakı” Sofiyadan məğlub qayıdıb – 0:2.

 

0