“Yuventus”un yeni transferi 2 ay oynamayacaq
03.08.2015 - 16:45
“Yuventus”un yeni transferi 2 ay oynamayacaq

“Yuventus”un yeni transferi Sami Xedira sıradan çıxıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, almaniyalı futbolçu “Marsel”lə (0:2) yoxlama görüşündə zədələnib.

 

Sağ ayağından zədələnən 28 yaşlı yarımmüdafiəçi bu gün tibbi müayinədən keçib. Məlum olub ki, futbolçu iki ay yaşıl meydanlardan kənar qalacaq.

 

Qeyd edək ki, “Yuventus” Kediranı ötən ay “Real”dan transfer edib. Almaniyalı dayaq yarımmüdafiəçisi Turin klubu ilə 4 illik müqavilə bağlayıb.

0