Premyer Liqa üçün yalnız bir iddiaçı
04.08.2015 - 08:00
Premyer Liqa üçün yalnız bir iddiaçı

AFFA və PFL-in Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı iyulun 20-də elan etdiyi tenderə sənədlərin son təqdim olunma müddəti başa çatıb. Apasport.az saytının məlumatına görə, tenderdə iştirak etmək  üçün yalnız bir televiziya kanalı müraciət edib.

 

Tenderin yekun qərarı yaxın günlərdə rəsmən açıqlanacaq.

 

Şərtlərə əsasən, Premyer Liqanın hər tur minimum 2 oyun canlı yayımlanmalı, oyunları nümayiş etdirəcək televiziya kanalında mövsümü əhatə edən həftəlik futbol verilişi hazırlanmalıdı. Bundan başqa, həmin kanal AFFA-nın təşkil etdiyi liqaların hər həftə minimum 1 oyunu canlı və ya videoyazı şəklində yayımlamalıdı.

 

Tenderin məbləği 1 milyon manatdır. Bu vəsait Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək. Tenderin qalibi oyunların görüntülərini yaymaq, satmaq, hər hansı digər yayımçıya vermək səlahiyyətinə malik olacaq. Həmçinin stadionda reklam bannerləri üçün yer ayrılacaq.

 

Oyunların vaxtı 10 gün əvvəldən PFL və televiziya kanalı tərəfindən birgə müəyyənləşdiriləcək.

 

0