[b]Çempionlar Liqasında gecənin nəticələri - YENİLƏNİB[/b]
05.08.2015 - 00:41
[b]Çempionlar Liqasında gecənin nəticələri - YENİLƏNİB[/b]

Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, baş tutan 4 qarşılaşma ilə pley-offun ilk iştirakçıları müəyyənləşib.

 

Bu qarşılaşmalardan sonra 4 komanda Çempionlar Liqasında, 4-ü isə Avropa Liqasında pley-offda oynamaq hüququq qazanıb.

 

Keçirilən oyunlardan sonra APOEL, "Dinamo" (Zaqreb), "Rapid" (Vyana) və "Monako" növbəti mərhələyə yüksəliblər.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi

Cavab oyunları

 

 

APOEL (Kipr) - “Midtyulland” (Danimarka) - 0:1

Qol: Svyatçenko, 2

İlk oyun - 2:1

 

“Molde” (Norveç) - “Dinamo” (Xorvatiya) - 3:3

Qollar: Hussain, 43, El Yunusi, 52, Kamara, 75 - Pyaça, 17, Ademi, 20, Rog, 22

İlk oyun - 1:1

 

“Ayaks” (Hollandiya) - “Rapid” (Avstriya) - 2:3

Qol: Milik, 53, Qudelj, 75 - Beriç, 13, Şaub, 39, 77

İlk oyun – 2:2

 

“Monako” (Fransa) - “Yanq Boyz” (İsveçrə) - 4:0

Qol: Kavalyero, 54, Kurzava, 64, Martial, 70, El Şaaravi, 77

İlk oyun - 3:1

 

0