[b]“Qarabağ” bizə qalib gələcək gücdədi” - “Seltik”in qapıçısı[/b]
04.08.2015 - 08:51
[b]“Qarabağ” bizə qalib gələcək gücdədi” - “Seltik”in qapıçısı[/b]

“Bakıya çətinliklə gəlmişik. Əziyyətimizin hədər getməyəcəyinə inanıram”. Apasport.az saytının məlumatına görə, bunu “Seltik”in qapıçısı Kreyq Qordon deyib.

 

Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Şotlandiya klubu cavab qarşılaşması üçün ölkəmizə gəlib.

 

Qlazqo təmsilçisinin bir nömrəli qolkiperi “Qarabağ”dan çəkindiklərini etiraf edib: “Bakıda ağıllı oynamalıyıq. Xüsusən də, müdafiə xəttində səhvsiz çıxış etmək lazımdı. Əlbəttə ki, bütünlüklə müdafiəyə çəkilmək doğru olmaz. Çalışmalıyıq hücumda da fəallıq göstərək. Çünki burda vuracağımız bir qol bizi pley-offa daşıya bilər. Bilirik ki, “Qarabağ” qol vurmaq üçün hücuma atılacaq, bizə təzyiq edəcək. “Qarabağ” oyunu ilə güclü komanda olduğunu və bizə qalib gələcək gücdə olduğunu göstərib. Ancaq bundan çəkinmədən öz oyunumuzu göstərmək istəyirik”.

 

Qeyd edək ki, “Qarabağ” – “Seltik” oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:30-da başlayacaq. İlk görüşdə Şotlandiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

0