[b]“İnter” məğlubiyyətin əvəzini çıxmaq üçün mübarizə aparacaq”[/b]
04.08.2015 - 09:39
[b]“İnter” məğlubiyyətin əvəzini çıxmaq üçün mübarizə aparacaq”[/b]

“Bakıdakı stadionun örtüyünə böyük əhəmiyyət vermirik. Elə süni örtüklər var ki, təbiidən də yaxşıdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “Atletik” klubunun futbolçusu Benat Etçeberria deyib.

 

28 yaşlı yarımmüdafiəçi Avropa Liqasının III təsnifat mərhələsinin Bakı “İnter”i ilə cavab oyunu haqda fikirlərini açıqlayıb.

 

İspaniya millisində də çıxış etmiş Benat bildirib ki, ilk qarşılaşmadakı 2:0 hesablı qələbə arxayınlaşmaq üçün əsas vermir: “Əlbəttə ki, bizim öyrəşdiyimiz meydanla Bakıdakının qazonu fərqlidi. Amma bu amil bizi narahat etməməlidi. Düzdü, “İnter” havanın isti olması və süni örtükdən yararlanaraq, mərhələ adlamağa çalışacaq. Qalib gəldiyimiz ilk görüşdə  rəqibimiz daha çox əks-hücumlara üstünlük verirdi. Evdə isə Bakı klubu daha çox hücum edib, məğlubiyyətin əvəzini çıxmaq üçün mübarizə aparacaq. Biz mərhələ keçmək istəyiriksə, öz oyunumuzu göstərməliyik. Baş məşqçimiz Ernesto Valverde də bizdən Bilbaodakı kimi oynamağı tələb edir. O, hər hansı arxayınlaşmaya yol verməməyi və bütün bacarığımızı ortaya qoymağı tapşırıb”.

 

Qeyd edək ki, “İnter” – “Atletik” görüşü  avqustun 6-da keçiriləcək.

 

0