“Roma” “Mançester Siti”nin hücumçusunu transfer etdi
04.08.2015 - 10:43
“Roma” “Mançester Siti”nin hücumçusunu transfer etdi

“Mançester Siti”nin hücumçusu Edin Dzeko İtaliyaya köçüb. Apasport.az saytı xəbər verir ki, bosniyalı hücumçu bundan sonra “Roma”nın formasını geyinəcək.

 

İtaliya təmsilçisinin qarşı tərəflə danışıqları uğurlu nəticələnib və “Mançester Siti” hücumçusunu “Roma”ya satıb. Bu keçid “canavarlar”a 23 milyon avroya başa gəlib.

 

Qeyd edək ki, Edin Dzeko “Mançester Siti”yə 2011-ci ildə “Volfsburq”dan keçmişdi.

0