[b]UEFA “Kukesi” – “Legiya” oyunu ilə bağlı qərarını açıqladı[/b]
04.08.2015 - 13:01
[b]UEFA “Kukesi” – “Legiya” oyunu ilə bağlı qərarını açıqladı[/b]

UEFA “Kukesi” – “Legiya” oyunu ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu Albaniyada baş verənlərə görə, meydan sahiblərinə texniki məğlubiyyət verib.  

 

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Tiranada baş tutan görüş yarımçıq dayandırılmışdı. Belə ki, qonaqlar hesabda 2:1 öndə olarkən 51-ci dəqiqədə azarkeşin atdığı daş “Legiya”nın yarımmüdafiəçisi Andrey Dudanın başına tuş gəlmişdi. Nəticədə slovakiyalı futbolçu meydançanı xərəkdə tərk etmişdi. Qarşılaşmanın isveçrəli baş hakimi Stefan Klossner də komandaların meydançanı tərk etməsini tapşırmış və oyunu davam etdirməmişdi. Hətta bundan sonra da yerli fanatlarla polislər arasında qarşıdurma davam etmişdi.

 

Bütün bunları dəyərləndirən UEFA Nizam-İntizam Komitəsi “Kukesi”yə 0:3 hesablı texniki məğlubiyyət vermək qərarına gəlib.

 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 6-da Varşavada keçiriləcək.

0