Avropa Liqasında təmsilçilərimiz evdə 2 qol vuracaq?
04.08.2015 - 16:00
Avropa Liqasında təmsilçilərimiz evdə 2 qol vuracaq?

Azərbaycan klublarının Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarını keçirəcəyi tarix təmsilçilərimiz üçün uğurlu olmalıdı. Apasport.az saytının məlumatına görə, komandalarımızın avqustun 6-da keçirdiyi qarşılaşmalarda meydan sahibləri 2 qol vurub, qalib gəlir.

 

Bu tendensiya davam edərsə, “Qəbələ” Kipr “Apollon”u, “İnter” isə İspaniya “Atletik”i ilə ev matçlarında uğurlu çıxış edəcək.

 

Bunadək avqustun 6-da baş tutan avrokubok oyunlarımızdan birində ev sahibi, ikisində qonaq kimi meydana çıxmışıq. 2010-cü ildə Finlandiya “Honka”sını qəbul edən “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib.

 

2014-cü ildə Ağdam təmsilçisi Avstriyada “Zalsburq”a 0:2 hesabı ilə uduzub. 2009-cu ildə isə “İnter” Serbiyada “Partizan”a eyni hesabla yenilib.

0