[b]“Topaz” “İnter” və “Qəbələ”nin şansını açıqladı[/b]
04.08.2015 - 16:32
[b]“Topaz” “İnter” və “Qəbələ”nin şansını açıqladı[/b]

“Topaz” Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşləri üçün əmsalları açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru avqustun 6-da Bakıda keçiriləcək “Qəbələ” və “İnter”in də matçlarına pul qoyuluşu qəbul edəcək.

 

“Topaz” səfərdə “Apollon”la “sülh” bağlayan (1:1) “Qəbələ”ni şanslı hesab edir. Qarşılaşmada təmsilçimizin qələbəsi 2,25 əmsalla qiymətləndirildiyi halda, kiprlilərin qalib gəlməsinə 2,60 əmsal verilib. Görüşdə əsas vaxtın heç-heçə bitməsi isə 3,10 əmsaldı.

 

“İnter” – “Atletik” duelində isə Bilbao təmsilçisi aşkar favotitdi. Evdə hesabı ilə qalib gələn (2:0) ispanların eyni uğuru təkrarlaması 1,50, Bakı klubunun revanş alması 4,80 əmsalla göstərilib. Matçda bərabərlik proqnozlaşdıranlara isə əmanətlərini 3,70 dəfə artırmaq şansı verilib.

 

Qeyd edək ki, hər 2 matç saat 21:00-da başlayacaq.

0