[b]“Azərbaycan Türkiyəyə çox bənzəyir, hətta havadakı qoxu da eynidi” [/b]– “Seltik”in hücumçusu
04.08.2015 - 19:07
[b]“Azərbaycan Türkiyəyə çox bənzəyir, hətta havadakı qoxu da eynidi” [/b]– “Seltik”in hücumçusu

“Sabah bizi vacib oyun gözləyir. Mənim üçünsə xüsusilə önəmli qarşılaşmadı. Mən Azərbaycanla qonşu olan Türkiyədə doğulmuşam, orda böyümüşəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Seltik”in hücumçusu Nadir Çiftçi deyib.

 

UEFA Çempionlar Liqası III tur cavab qarşılaşmasında Bakıda “Qarabağ”la oynayacaq Şotlandiya klubunun türk futbolçusu klubun rəsmi saytına açıqlama verib. Azərbaycanda heç vaxt olmadığını, ancaq buradakı atmosferin ona çox doğma olduğunu deyən hücumçu Azərbaycanda Türkiyənin qoxusunu hiss etdiyini bildirib:

 

“Türkiyədə doğulmağıma baxmayaraq, Azərbaycanda heç vaxt olmamışdım. Deyim ki, bu iki ölkə bir-birilərinə çox bənzəyirlər, hətta havadakı qoxu da eynidi. Və təbii ki, bura da Türkiyə qədər istidi”.

 

Azərbaycanlı məktəblilərlə keçirdikləri görüş haqında da danışan futbolçu bu görüşdən olduqca məmnun olduğunu deyib:

 

“Uşqalarla görüşümüzdən çox məmnun olduq. Onlara nəsə vermək, onalrla nəyisə bölüşmək inanılmaz hisslərdi. “Seltik” kimi böyük bir klubun bura gəlməsi, burda uşaqlarla görüşməsi, onlara forma və top verməsi, onlarla birlikdə oynaması həm mənim tərəfimdən, həm də digər komanda yoldaşlarım tərəfindən çox xoş qarşılandı. Bilmək olmaz bu gənclər futbolçu olacaqlar, ya yox, əsas odur ki, hər zaman bugünkü görüşü xatırlayacaqlar”.

 

Futbolçu sabahkı oyun haqqında da fikirlərini bildirib:

 

“Əhval ruhiyyə əladı. Bilirik ki, bizi çox isti hava gözləyir. Ancaq günün elə saatında oynayacağıq ki, o vaxt çox da isti olmayacaq. Həm “Qarabağ”a, həm də istiyə qarşı hazırlıqlı olmalıyıq. Qalib gəlmək istəyiriksə kollektiv şəkildə oynamalı, bir-birimizi yaxşı anlamalıyıq. İlk oyunda gördük ki, rəqib yaxşı komandadı. Mütləq əlimizə düşən şanslardan yararlanmalıyıq”.

0