[b]“Apollon”un baş məşqçisi mətbuat konfransından imtina etdi[/b]
04.08.2015 - 20:05
[b]“Apollon”un baş məşqçisi mətbuat konfransından imtina etdi[/b]

UEFA Avropa Liqası III təsnifat mərhələsi cavab qarşılaşması çərçivəsində avqustun 6-da Bakıda baş tutacaq “Qəbələ” – “Apollon” qarşılaşmasından öncə komandaların baş məşqçilərinin oyunöncəsi mətbuat konfranslarının vaxtı məlum olub. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk mətbuat nümayəndələri qarşısına sabah saat 20:30-da çıxacaq.

 

Komandanın oyunöncəsi son məşqi isə saat 21:00-da baş tutacaq.

 

Rəqib komandanın baş məşqçisi Pedro Emmanuel isə oyundan qabaq jurnalistlərə açıqlama verməkdən imtina edib.

 

“Apollon”un məşqi isə saat 20:00-da baş tutacaq. 

0