SİZİN REKLAM BURADA

I Avropa Oyunlarının qalibi Azərbaycanı yada saldı

“Azərbaycanda olduğumuz müddətdə səhərdən axşama qədər hansı güləşçimiz tatamiyə çıxırdısa, öz idmançıları kimi dəstək verirdilər. Bizə elə münasibət göstərdilər ki, özümüzü evimizdəki kimi hiss etdik”. Apasport.az saytının məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Türkiyə millisinin üzvü Rıza Kayaalp deyib.

 

Ölkəmizdə təşkil edilən Bakı-2015 I Avropa Oyunlarında iştirak edən Kayaalp 130 kq çəki dərəcəsində qızıl medala layiq görülmüşdü. Onun Türkiyə və Azərbaycan bayrağı ilə tatamidə dövrə vurması hələ də unudulmur.

 

Təcrübəli güləşçi Türkiyə mətbuatına müsahibəsində yenidən Bakı xatirələrindən danışıb.

 

Kayaalp bildirib ki, Azərbaycan bayrağını əlinə alması yerli azarkeşlərin dəstəyi qarşısında hələ azdı: “Heç Türkiyədə bu qədər çox azarkeşi bir arada görməmişəm. Azərbaycanlılar bizə bu xoş xatirələri yaşatdılar. Mən ilk Avropa çempionluğumu da Bakıda qazanmışdım. Həmin vaxt da məni çox dəstəkləmişdilər, Azərbaycan və Türkiyə bayrağı ilə dövrə vurmuşdum. Avropa Oyunlarında da dəstəklərinə qarşı jest etmək istədim və iki ölkənin bayrağı ilə dövrə vurdum. Onlar da məni ayaq üstdə alqışladılar. Azərbaycanla bağlı olan bu xoş xatirələrim ömrüm boyu yadımdan çıxmaz”.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

23

15

4

4

37-11

49

2.

Qəbələ

23

13

8

2

42-13

47

3.

İnter

23

10

9

4

33-23

39

4.

Zirə

23

8

6

9

20-23

30

5.

Neftçi

23

8

2

13

19-36

26

6

Sumqayıt

23

6 7

10

20-30

25

7.

Kəpəz

23

5

9

9

16-24

24

8.

 AZAL

23

1

7

15

10-37

10

               

 

Top 10
Sizin reklam burada
150x220