[b]Şəhriyar Məmmədyarov “Vyana Open 2015”in qalibi oldu[/b] - FOTOSESSİYA
25.08.2015 - 20:28
[b]Şəhriyar Məmmədyarov “Vyana Open 2015”in qalibi oldu[/b] - FOTOSESSİYA

Avstryada keçirilən “Vyana Open 2015” beynəlxalq şahmat  festivalı  başa çatıb. Apasport.az saytının məlumatına görə, 50 ölkədən  850 şahmatçının ştirak etdiyi yarışda ölkəmizi  Eltac Səfərli, Nərgiz Umudova, Tofiq İsrafilov və Afiq İsrafilov  təmsil edirdilərlər.

 

Festival A ,B, C və D turnirlərindən ibarət keçirilirdi.

 

Həmçinin festival çərçivəsində Şəhriyar Məmmədyarov və yerli şahmatçı  Markus Ragger arasında  6 oyundan  ibarət  matç keçirilib.  Şəhriyar Məmmədyarov 3.5-2.5 hesabı ilə yarışın qalibi oldu.

 

Festivalın A turnirində mübarizə aparan təmsilçilərimizdən  Eltac Səfərli aktivinə 7 xal yazraq 6-18-ci yerləri bölüşdürdü. Nərgiz Umudova isə 9 oyundan 5.5 xal toplayıb. C turnirində iştirak edən həmyerlilərimiz Tofiq İsrafilov 6.5 xal toplayaraq 6-cı, Afiq İsrafilov isə 6 xal toplayaraq 17-ci yerin sahibi olub.

 

Yarış isveçrə sistemi ilə 9 turdan ibarət keçirilirdi.

0