[b]"Bu komandanı mən yaratmışam" - Ramin Musayev [/b]
01.09.2015 - 12:18
[b]"Bu komandanı mən yaratmışam" - Ramin Musayev [/b]

Bu gün Azərbaycan çempionatının I divizionunda püşkatma mərasimi keçirilib. Apasport.az saytının xəbərinə görə, AFFA-nın konfrans zalında keçirilən tədbirdən sonra çempionatda iştirak edən 14 komandanın ilk turda qarşılaşacağı rəqiblərin kimliyinə aydınlıq gəlib.

 

Sentyabrın 10-da start götürəcək yarışda ilk dəfə olaraq "Zaqatala" və "Şərurspor" klubları da iştirak edəcək. 


Tədbiri Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev açıb. O, növbəti mövsüm komandaların start heyətində 5 nəfər yaşı 21-dən az olan futbolçunun meydana çıxa biləcəyini bildirib. Bundan başqa, komandalar oyunun gedişində 3 əvəzetmədən istifadə edə biləcəklər. Bütün komandalar orginal FİFA toplarından istifadə etməlidi.  


Ardınca isə söz PFL-in prezidenti Ramin Musayevə verilib: "Ötən mövsüm 1-ci dəstə maraq baxımından, heç də Premyer Liqadan geri qalmadı. Bu il çempionat təəssüf ki, 14 komanda ilə keçiriləcək. Bu, mənim günahım deyil. Bizim elə bir büdcəmiz yoxdu ki, çempionatda iştirakını yarımçıq qoyan komandanın xərclərini ödəyək. Lakin indi PFL-də maliyyə problemləri var. Çempionat bu il FİFA tərəfindən təsdiqlənmiş topla keçirilir. Çalışacağıq ki, keyfiyyətli və ucuz top tapa bilək. Əgər dediyimiz topları tapa bilməsək, gərək klublar özləri top tapsın. Ötən il mətbuatda oyun alqı-satqısı haqda xəbərlər yayılırdı. Matçın gedişində mətbuatın dedikləri təsdiqini tapdı. Əgər danışılmış oyun olsa, biz həmin komandalara gələcəkdə öz hakimlərimizlə müdaxilə edəcəyik. Kişi kimi futbol oynamaq lazımdı. Sonra hamı bizi günahlandırır, amma biz bunu sübut edə bilmirik. Hakimə olunan etirazları dəstəkləyirəm, amma oyun alqı-satqısı kişilik deyil". 


Musayev, həmçinin Premyer Liqaya vəsiqə qazanan komandaların elitada iştirak edə biləcəyini də bildirib:  "Neftçala"nın bu il Premyer Liqaya çıxmasında klub nümayəndələrinin də, bizim də səhvimiz var. Söz verirəm ki, əgər hər şey qaydasında olsa, 1-ci yerin sahibi Premyer Liqada iştirak edəcək". 


PFL prezidenti divizionda baş verən lipa qalmaqalları haqqında da tədbir gördüklərini bildirib: "Bu il lipaların qarşısını almaq üçün şəxsiyyət vəsiqəsi kimi bir şey düzəltmişik. Burada futbolçuların şəkilləri olacaq və bunu istəsələr belə, heç kim dəyişə bilməyəcək".
 

Musayev ötən mövsüm 1-ci divizionda iştirak edən "Şuşa Qarabağ"ın bu il çempionatdan kənarda qalmasına da münasibət bildirib: "Şuşa Qarabağ" üçün heç cür sponsor tapa bilmədik. Bu komandanı mən yaratmışam. 3 il ərzində komandaya çox dəstək olduq. Amma komandanın oyununa heç bir şuşalı azarkeş də gəlmədi". 

0