[b]“Anderlext”in hücumçusu rəsmən “Qarabağ”da![/b]
01.09.2015 - 12:50
[b]“Anderlext”in hücumçusu rəsmən “Qarabağ”da![/b]

“Qarabağ” yay “transfer dönəmi”ndə daha bir oyunçunu heyətinə cəlb edib. Apasport.az saytının məlumatına görə, “Anderlext”in hücumçusu Samuel Armenteros Ağdam klubu ilə anlaşıb.

 

Xəbəri saytımıza açıqlamasında son çempionun baş məşqçisi Qurban Qurbanov da təsdiqləyib. Onun sözlərinə görə, 25 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Anderlext” ötən iki mövsümdə Armenterosu müvafiq olaraq “Feyenord” və “Villem II” klublarına icarəyə verib. Belçika klubundan əvvəl “Herenven” və “Herakles”də çıxış etmiş forvard İsveçin U-17, U-19 və U-21 millilərinin də formasını geyinib.

0