[b]“Onun transferində problemlə üzləşmişik” - Qurban Qurbanov[/b]
01.09.2015 - 13:22
[b]“Onun transferində problemlə üzləşmişik” - Qurban Qurbanov[/b]

“Anderlext”in hücumçusu Samuel Armenterosu heyətinə qatan “Qarabağ” daha bir transferə hazırlaşır. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov apasport.az saytına açıqlamasında “Kerkira”nın sabiq müdafiəçisi Vladimir Dimitrovski ilə anlaşmaq üzrə olduqlarını söyləyib.

 

Qurbanovun sözlərinə görə, Dimitrovskinin transferində problemlə üzləşiblər: “Bu problem Makedoniya Futbol Federasiyası ilə bağlı idi. Bu gün cavab verəcəklərini deyiblər. Hələ keçid reallaşmayıb. Amma ümid edirik ki, gün ərzində məsələ müsbət həllini tapacaq”.

 

“Qarabağ”ın çalışdırıcısı həm Armenteros, həm də Dimitrovski ilə bağlı fikirlərini də bildirib: “Bu futbolçuların komandaya uyğunlaşmasında və ya hazırlığında hər hansı kiçik problem ola bilər. Bu transferləri həyata keçirməkdə məqsədimiz təbii ki, komandanı gücləndirmək, heyəti genişləndirməkdi. Əlbəttə ki, oyunlarını izləmişik, komandaya xeyir verəcəklərini düşünürük. Ancaq yenə də bunu gələndən sonra görəcəyik”.

 

Qeyd edək ki, Vladimir Dimitrovski hazırda azad agent statusu daşıdığından, onun “Qarabağ”a keçidində problem yoxdu. 27 yaşlı mərkəz müdafiəçisi Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Lüksemburq və 8-də İspaniya ilə oyunlar üçün Makedoniya yığmasına çağırılıb.

 

Ruslan SADIQOV

0