[b]“Rəvan” Moskva “Spartak”ı ilə qarşılaşacaq[/b]
01.09.2015 - 16:30
[b]“Rəvan” Moskva “Spartak”ı ilə qarşılaşacaq[/b]

Bu gün UEFA Gənclər Liqasında Çempionlar yolunun püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, ən yüksək reytinqli 32 ölkənin U-19 Liqasının çempionunun qatıldığı tədbirdə 2 mərhələnin püşkü atılıb.

 

İlk dəfə bu formatda keçiriləcək yarışın bu qolunda çıxış edəcək iştirakçılar əvvəl 16 cütlük təşkil edib. Sonra bu duetlərin təşkil etdiyi 8 cütlük müəyyənləşib.

 

Bu turnirdə çıxış edəcək ilk Azərbaycan komandası kimi tarixə düşəcək Bakının “Rəvan” klubu da rəqiblərini tanıyıb. Paytaxt təmsilçisi 1-ci mərhələdə Rusiya çempionu Moskva “Spartak”ı ilə qarşılaşacaq. Bu cütün qalibi növbəti raundda “Şalke” (Almaniya) - “Ayaks” (Hollandiya) cütünün qalibi ilə görüşəcək.

 

I mərhələ

“Vilyareal” (İspaniya) - “Servett” (İsveçrə)

APOEL (Kipr) - “Felksut” (Macarıstan)

“Senitsa” (Slovakiya) - “Torino” (İtaliya)

“Rad” (Serbiya) - “Domjale” (Sloveniya)

“Reyms” (Fransa) - “Middlsbro” (İngiltərə)

“Elfsborq” (İsveç) - “Styarnan” (İslandiya)

HİK (Finlandiya) - “Seltik” (Şotlandiya)

“Brann” (Norveç) - “Anderlext” (Belçika)

“Spartak” (Moskva, Rusiya) - “RƏVAN” (AZƏRBAYCAN)

“Zalsburq” (Avstriya) - “Jelezniçar” (Bosniya və Herseqovina)

“Şalke” (Almaniya) - “Ayaks” (Hollandiya)

“Liteks” (Bolqarıstan) - “Legiya” (Varşava, Polşa)

“Minsk” (Belarus) - “Vitorul” (Rumıniya)

“Pribram” (Çexiya) - “Zimbru” (Moldova)

“Saburtalo” (Gürcüstan) - “Midtyulland” (Danimarka)

“Aktobe” (Qazaxıstan) - “Beşiktaş” (Türkiyə)

 

II mərhələ

APOEL (Kipr)/“Felksut” (Macarıstan) - HİK (Finlandiya)/“Seltik” (Şotlandiya)

“Rad” (Serbiya)/“Domjale” (Sloveniya) - “Elfsborq” (İsveç)/“Styarnan” (İslandiya)

“Vilyareal” (İspaniya)/“Servett” (İsveçrə) - “Brann” (Norveç)/“Anderlext” (Belçika)

“Reyms” (Fransa)/“Middlsbro” (İngiltərə) - “Senitsa” (Slovakiya)/“Torino” (İtaliya)

“Spartak” (Moskva, Rusiya)/ “RƏVAN” (AZƏRBAYCAN) -  “Şalke” (Almaniya)/“Ayaks” (Hollandiya)

“Aktobe” (Qazaxıstan)/“Beşiktaş” (Türkiyə) - “Zalsburq” (Avstriya)/“Jelezniçar” (Bosniya və Herseqovina)

“Saburtalo” (Gürcüstan)/“Midtyulland” (Danimarka) - “Liteks” (Bolqarıstan)/“Legiya” (Varşava, Polşa)

“Pribram” (Çexiya)/“Zimbru” (Moldova) - “Minsk” (Belarus)/“Vitorul” (Rumıniya)

 

Qeyd edək ki, cari mövsümdən Gənclər Liqası yeni formatda keçiriləcək. Çempionlar Liqasının 32 komandası əvvəlki illərdə olduğu kimi qitənin ən nüfuzlu klub turnirinə paralel 8 qrupda mübarizə aparacaq. Bu, Çempionlar Liqası yolu adlandırılır.

 

Digər 32 komanda Çempionlar yolunda qüvvəsini sınayacaq. I mərhələnin ilk oyunları sentyabrın 29-30-da, cavab oyunları oktyabrın 20-21-də baş tutacaq. II mərhələnin qarşılaşmaları 3-4 və 24-25 noyabrda keçiriləcək.

 

Bu raundun qalibləri, yəni Çempionlar yolunun 8 ən güclüsü Çempionlar Liqası yolunun qrup mərhələsində 2-ci yeri tutanlarla pley-offda üz-üzə gələcək. Bu mərhələni qələbəylə başa vuran 8 komanda isə qrup birinciləri ilə 1/8 finalda görüşəcək.

0