[b]“Qəbələ”nin rəqibi seçim qarşısında: Berq, yoxsa Berbatov?[/b]
01.09.2015 - 16:59
[b]“Qəbələ”nin rəqibi seçim qarşısında: Berq, yoxsa Berbatov?[/b]

Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən olan PAOK hücum xəttini gücləndirmək niyyətindədi. Apasport.az saytı Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Saloniki təmsilçisinin hədəfində olan ilk futbolçu Markus Berqdi.

 

PAOK rəhbərliyi “Panatinaikos”un və İsveç yığmasının formasını geyinən Berqə görə 2 milyon avrosundan keçməyə razıdı. Lakin bu təklif qarşı tərəfi razı salmayıb. “Panatinaikos” rəsmiləri təklif olunan məbləği gülüşlə qarşılayıblar.

 

Əgər Berqlə danışıqlar baş tutmasa, PAOK rəhbərliyi diqqətini Bolqarıstan yığmasının keçmiş hücumçusu Dimitar Berbatova yönəldəcək. Hazırda azad agent statusu daşıyan 34 yaşlı forvard İngiltərədən təklif gözləyir. Premyer Liqaya qayıdışı baş tutmayacağı halda, Berbatov Yunanıstana köçməyə razılıq verə bilər. 

0