Orxan Məmmədova yeni təyinat
01.09.2015 - 17:20
Orxan Məmmədova yeni təyinat

Azərbaycanlı hakimlər növbəti beynəlxalq matçlara təyinat alıb. Apasport.az saytının məlumatına görə, FİFA referisi Orxan Məmmədov və FİFA referi köməkçisi Yaşar Abbasov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində ədaləti qoruyacaq.

 

Hakimlərimiz 5-ci qrupun oyunlarında iştirak edəcək. Avstriya, Serbiya, Litva və Lüksemburq komandalarının yer aldığı bu qrupun oyunları oktyabrın 23-dən 30-dək Lüksemburqda keçiriləcək.

 

Mənbə: affa.az

 

0