“Çernomorets” – “Qəbələ” oyununun vaxtı dəqiqləşdi
01.09.2015 - 17:42
“Çernomorets” – “Qəbələ” oyununun vaxtı dəqiqləşdi

Bu gün təlim-məşq toplanışı üçün Ukraynaya yollanana “Qəbələ”nin yoxlama oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Roman Qriqorçukun yetirmələrinin yerli “Çernomorets” klubu ilə sentyabrın 6-da keçirəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

 

Matç Odessa təmsilçisinin “Çernomorets” stadionunda baş tutacaq.

 

Qeyd edək ki, sentyabrın 1-dən 6-dək Ukraynada hazırlıq keçəcək “Qəbələ” Odessa təmsilçisinin təlim-məşq bazasında məşq edəcək.

0