[b]Elvin Məmmədov məşqləri bərpa etdi[/b]
01.09.2015 - 18:41
[b]Elvin Məmmədov məşqləri bərpa etdi[/b]

“Qarabağ”ın yarımmüdafiəçisi Elvin Məmmədovun atasının vəfat etdiyini xəbər vermişdik. Milli futbolçu bu səbəbdən “Yanq Boys”la cavab oyununu buraxmalı olmuşdu. Apasport.az saytının məlumatına görə, bir neçə gün məşqlərdən uzaq qalan 27 yaşlı yarımmüdafiəçi bugündən etibarən məşqlərə başlayıb.

 

Elvin klubun saytına baş verənləri dəyərləndirib: “Hərkəs bir gün dünyasını dəyişəcək. Atamın dünyasını dəyişməsi üzücü olsa da həyat davam edir. Bu çətin məqamda məni dəstləkləyən zəng edən, yazıb başsağlığı verən hər kəsə öz təşəkkürümü bildirirəm. Futbol camiəsindən, jurnalsitlərdən, azarkeşlərdən xeyli smslər gəlib. Yazıb başsağlığı verənlərin hər birinə minnətdaram.

 

Komandamızın baş məşqçicisi Qurban Qurbanov da  mənə ailəmin yanında olmağa şərait yaratdı. “Yanq Boys”la oyunda məlum səbəblərdən iştirak edə bilmədim. Oyuna baxa bilmədim. Sadəcə, sonradan internet vasitəsiylə baş verənlərdən xəbər tutdum. Komandamızın Avropa liqasının qrup mərhələsində iştirak edəcəyi olduqca xoş xəbərdi. Bu gündən məşqlərə başlayıram. Bir daha hər kəsə verdiyi dəstəyə görə təşəkkür edirəm”.

0