“Yuventus”dan daha bir transfer
01.09.2015 - 22:19
“Yuventus”dan daha bir transfer

"Yuventus" heyətini yeni futbolçuyla gücləndirib. Apasport.az saytının məlumatına görə, "qoca sinyora" "Marsel"in və Qabon millisinin yarımmüdafiəçisi Mario Leminanı heyətinə cəlb edib.

 

Turin təmsilçisi 22 yaşlı futbolçunu bir illik icarəyə götürüb. "Ağ-qaralar" Lemina üçün Fransa təmsilçisinə 500 min avro ödəyib.

 

Qeyd edək ki, Lemina 2013-cü ildən "Marsel"in uğurları üçün çalışırdı. O, bu müddətdə meydana çıxdığı 50 oyunda 2 qola imza atıb.

0