“Arsenal”dan qəribə rekord
02.09.2015 - 00:20
“Arsenal”dan qəribə rekord

Artıq bir çox ölkələrdə “transfer pəncərəsi” bağlanıb. Apasport.az saytının məlumatına görə, İngiltərə Premyer Liqasında da yay transfer mövsümü sona çatıb.

 

Ancaq bu transfer dönəmi maraqlı bir nüansla yadda qalıb. Belə ki, TOP-5 ölkələrini təmsil edən klublar arasında yeganə “Arsenal” klubu olub ki, bu müddətdə sadəcə 1 oyunçu ilə müqavilə bağlayıb.

 

Çexiyalı qapıçı Peter Çexi “Çelsi”dən öz heyətinə cəlb edən “topçular” bununla da bütün bir periyodu geridə qoyublar.

 

Bu göstəriciyə görə londonlular “transfer pəncərəsi” dövründə bir nəfər belə olsa sahə oyunçusu ilə müqavilə imzalamayan tək klub olub.

0