Yığmamızın rəqibinin heyətində dəyişiklik
02.09.2015 - 10:10
Yığmamızın rəqibinin heyətində dəyişiklik

Yığma komandamızın Avro-2016-nın seçmə mərhələsindəki qrup rəqiblərindən olan İtaliya millisi itki ilə üzləşib. Apasport.az-ın yerli mətbuata istinadən məlumatına görə, “Skuadra Adzurra” Sebastian Covinkonun xidmətindən məhrum qalıb.

 

Buna səbəb 28 yaşlı yarımmüdafiəçinin zədəsinin sağalmamasıdı. Belə ki, klubu “Torino”nun heyətində təlim-məşq toplanışı zamanı “Monreal”a qarşı keçirilən yoxlama görüşündə zədələnən Covinkonun qarşıdakı oyunlara yetişməyəcəyi məlum olub. Bu səbəbdən də onu heyətdən uzaqlaşdıran baş məşqçi Antonio Konte əvəzində “Napoli”nin yarımmüdafiəçisi Lorenzo İnsinyeyə dəvət göndərib.

 

Qeyd edək ki, H qrupunda yer alan İtaliya millisi seçmə mərhələ çərçivəsində sentyabrın 3-də Florensiyada Maltanı, 6-da isə Palermoda Bolqarıstanı qəbul edəcək. 6 turdan sonra aktivində 12 xal olan italyanlar turnir cədvəlində 2-ci pillədə qərarlaşıblar.

0