“Qarabağ”ın rəqibi hücumçusunu satdı
02.09.2015 - 10:25
“Qarabağ”ın rəqibi hücumçusunu satdı

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Tottenhem” bir futbolçusu ilə yollarını ayırıb. Apasport.az-ın İngiltərə mətbuatına istinadən məlumatına görə, London klubu Aron Lennonla vidalaşıb.

 

İngiltərə millisinin üzvü artıq özünə yeni komanda da tapıb. 28 yaşlı forvard bundan sonra “Everton”un formasını geyinəcək. Lennon Liverpul klubu ilə 3 illik müqavilə imzalayıb. “Tottenhem”in bu transferdən nə qədər gəlir əldə etdiyi barədə hələlik məlumat verilməyib.

 

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində ilk oyununu məhz “Tottenhem”ə qarşı keçirəcək. Bu görüş sentyabrın 17-də Londonda baş tutacaq.

0