Yığmamız yoldaşlıq görüşü keçirəcək
02.09.2015 - 10:30
Yığmamız yoldaşlıq görüşü keçirəcək

Futzal üzrə Azərbaycan millisi növbəti matçına çıxmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, yığmamız bu gün yoxlama görüşündə qüvvəsini sınayacaq.

 

Avropa çempionatının pley-off mərhələsinə hazırlığını davam etdirən komandamız Belarus yığması ilə növbəti yoldaşlıq oyununu keçirəcək. “ABU Arena”da baş tutacaq qarşılaşma saat 20:30-da başlayacaq.

 

Qeyd edək ki, bu komandalar arasında avqustun 31-də keçirilmiş ilk oyun futzalçılarımızın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Mənbə: affa.az

0