[b]“Qəbələ”nin rəqibi ulduz futbolçu transfer etdi[/b]
02.09.2015 - 11:58
[b]“Qəbələ”nin rəqibi ulduz futbolçu transfer etdi[/b]

“Qəbələ”nin UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan PAOK heyətini gücləndirib. Apasport.az-ın Yunanıstan mətbuatına istinadən məlumatına görə, Saloniki klubu məşhur bolqar Dimitar Berbatovla anlaşıb.

 

“Transfer pəncərəsi”nin bağlanmasına çox az vaxt qalmış tərəflər arasında razılıq əldə olunub. Yayda “Monako”dan ayrıldıqdan sonra klubsuz qalan Berbatov “Marsel” və “Aston Villa”nın da maraq dairəsində olub. Lakin PAOK Bolqarıstan millisinin sabiq forvardını keçidə razı sala bilib. Anlaşmaya görə, 34 yaşlı oyunçu yeni klubu ilə bir illik müqavilə imzalayacaq. Onun məvacibi isə 1,5 milyon avro təşkil edəcək. Berbatov bununla Yunanıstan Super Liqasının ən yüksək gəlirli oyunçusu olub.

 

Qeyd edək ki, Dimitar Berbatov ötən mövsüm “Monako”nun heyətində Fransa çempionatında 38 oyunda iştirak edib, 13 qola imza atıb.

0