"Barselona" ukraynalı futbolçunun transferini yanvara saxladı
02.09.2015 - 13:28
"Barselona" ukraynalı futbolçunun transferini yanvara saxladı

Kiyev “Dinamo”sunun hücumçusu Andrey Yarmolenko “Barselona”nın maraq dairəsinə düşüb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubu təcrübəli futbolçunu heyətinə qatmaq istəyir.

 

İspanlar transfer qadağasına və hazırkı maddi vəziyyətə görə, Yarmolenkonun keçidini yanvarda reallaşdırmağı düşünürlər. Artıq indidən 26 yaşlı forvardın özü ilə danışıqlara başlanılıb.

 

Qeyd edək ki, 2007-ci ildən “Dinamo”nun formasını geyinən Yarmolenko 2009-cu ildən Ukrayna yığmasının da üzvüdü.

 

0