[b]"Azərbaycanla ikinci görüş tam fərqli olacaq" - İvan Perişiç [/b]
02.09.2015 - 15:16
[b]"Azərbaycanla ikinci görüş tam fərqli olacaq" - İvan Perişiç [/b]

“Azərbaycanla matçın bizim üçün uğurla başa çatacağına ümid edirəm. Lakin qolu mümkün qədər tez vurmalıyıq ki, sonra gec olmasın”. Apasport.az saytının məlumatına görə, bunu Xorvatiya millisinin futbolçusu İvan Perişiç deyib.

 

Milan “İnter”inin də şərəfini qoruyacaq 26 yaşlı hücumçu Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Norveçlə keçirəcəkləri oyun barədə danışıb. O bildirib ki, sabah Bakıda, bundan 3 gün sonra Osloda baş tutacaq qarşılaşmalara hazırdılar: “Azərbaycan millisi ilə ikinci görüş tam fərqli olacaq. Ümid edirəm ki, həm bu komandaya, həm də Norveçə qalib gələcəyik. Lakin Azərbaycanda havalar isti olduğundan yaxşı hazırlıq keçmək çətindi. Norveçdə isə özümüzü evimizdəki kimi hiss edəcəyik. Fikrimizdə 2 oyundan qələbə ilə ayrılmağı nəzərdə tutmuşuq. Bunu bacarsaq, oktyabrda Bolqarıstan və Malta ilə oyunlara qədər hər şeyi həll etmiş olacağıq”.

 

Qeyd edək ki, ilk matçda xorvatlar 6:0 hesabı ilə qalib gəlib. Komandalar arasında ikinci oyun sabah saat 21:00-da başlayacaq.

0