[b]Xorvatiya Futbol Federasiyasından azarkeşlərə xəbərdarlıq[/b]
02.09.2015 - 15:32
[b]Xorvatiya Futbol Federasiyasından azarkeşlərə xəbərdarlıq[/b]

Xorvatiya Futbol Federasiyası Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Norveçlə keçiriləcək oyunlardan öncə yerli azarkeşlərə xəbərdarlıq edib. Apasport.az saytı xəbər verir ki, federasiya rəhbərliyi çılğınlığı ilə seçilən azarkeşlərə görə növbəti dəfə cəza almaq istəmir.

 

İtaliya ilə matçda (1:1) meydançanın qazonunda faşizm simvolu aşkarlandığı üçün 1 xalı silinən Xorvatiya millisi eyni və ya ona oxşar halın yaşanmasından narahatdı. Buna görə də, federasiya rəhbərliyi Azərbaycan və Norveçlə səfər oyunları üçün yerli azarkeşlərə bilet paylamamağa qərar verib. Buna baxmayaraq, hər iki matçda tribunada xorvatiyalı fanatların olacağı gözlənilir. Çünki azarkeşlər öz hesablarına bilet alaraq, Bakıya və Osloya səfər etməyə qərar veriblər.  

 

Bunu nəzərə alan federasiya rəhbərliyi indidən azarkeşlərə xəbərdarlıq edib. Fan-klub rəhbərləri isə artıq hərəkət etməyəcəklərini bildiriblər.

 

 

 

0