“Qəbələ”nin rəqibinə 50 milyonluq təklif
02.09.2015 - 16:36
“Qəbələ”nin rəqibinə 50 milyonluq təklif

Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən olan Dortmund “Borussiya”sı aparıcı futbolçusu Marko Roysla vidalaşa bilər. Apasport.az saytı xəbər verir ki, təcrübəli futbolçu “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

 

“Mankunianlar” Roysun transferinə 50 milyon funt-sterlinq xərcləməyə hazırdılar. Lakin Dortmund təmsilçisi 26 yaşlı hücumameyilli yarımmüdafiəçini satmaq istəmir. İngilislər nə qədər israr etsələr də, qarşı tərəfi razı sala bilmirlər.

 

Buna baxmayaraq, “qırmızı şeytanlar” Roysdan əl çəkmək fikrində deyillər. “Mançester Yunayted” rəhbərliyi Almaniya yığmasının üzvünü ən pis halda, yanvarda heyətinə qatmaq niyyətindədi.

 

Qeyd edək ki, 2012-ci ildən “Borussiya”nın formasını geyinən Roys hazırkı komandasında ümumilikdə 128 oyunda 59 qola imza atıb.   

0