[b]“Qarabağ” yeni transferlərini sifariş etdi[/b]
02.09.2015 - 17:51
[b]“Qarabağ” yeni transferlərini sifariş etdi[/b]

“Qarabağ” yeni transferlərini Avropa Liqasının qrup mərhələsi üçün sifariş edib. Apasport.az-ın Ağdam təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 2 illik müqavilə imzalanan Samuel Armenterosla Migel Markos Maderanın adını UEFA-ya göndərilən siyahıya əlavə edib.

 

Klubun yaydığı açıqlamada Makedoniya millisinin üzvü Vladimir Dimitrovski ilə də danışıqların davam etdiyi bildirilir. Lakin “Qarabağ” və futbolçu arasında razılıq əldə olunsa da, Azərbaycan çempionundan asılı olmayan səbəblərdən transfer gecikir. Buna baxmayaraq, Dimitrovskiylə müqavilə bağlanacağı da istisna edilmir. 

0