[b]“Rəqibin heyətində təxribatçı oyunçular var” – Rəşad Sadıqov[/b]
02.09.2015 - 20:08
[b]“Rəqibin heyətində təxribatçı oyunçular var” – Rəşad Sadıqov[/b]

“Xorvatiyaya səfərdə ağır məğlubiyyət almışdıq. Amma bu barədə düşünməməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri milli komandamızın kapitanı Rəşad Sadıqov deyib.

 

Avro-2016-nın seçmə mərhələ oyunları çərçivəsində sabah Xorvatiya ilə qarşılaşacaq milli komandamızın müdafiəçisi oyunla baölı fikirlərini açıqlayıb.

 

“Rəqib oyunçularının nə dediyi önəmli deyil. Rəqibin heyətində təxribatçı oyunçular var. Amma buna uymamağa çalışacağıq. Düzdü, Xorvatiyada ulduz oyunçular var. Ancaq biz yığmamızı layiqli şəkildə təmsil etməyə çalışacağıq. Müasir futbolda məşqçi böyük rol oynayır. Bizim oyun üslubumuz da 100 faiz dəyişib. Bunun da oyunumuza müsbət təsiri var”.

0