[b]“Prosineçki bizi yaxşı tanıyır” – Luka Modriç[/b]
02.09.2015 - 21:35
[b]“Prosineçki bizi yaxşı tanıyır” – Luka Modriç[/b]

“Azərbaycan millisinin heyətinə yeni oyunçular cəlb olunub. Yeni baş məşqçiləri də var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya millisinin ulduz futbolçusu Luka Modriç deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq balkanlıların yeni kapitanı çox qürurlu olduğunu bildirib:

 

“Dario Srna məlum səbəblərdən bu oyunda iştirak edə bilməyəcək. Ona görə də komandanı kapitan kimi mən meydana çıxaracam. Bu, mənim üçün olduqca böyük qürur və şərəf olacaq. Rəqibimizin baş məşqçisi Robert Prosineçki bizi yaxşı tanıyır. Bu da oyunda önəmli rol oynayacaq, ancaq əsas məsələ bizim meydanda nə edəcəyimizdi. Əgər biz bu oyunda qazanacağımız qələbənin bizim üçün nə qədər əhəmiyyətli olduğunu dərk edə bilsək, qalibiyyəti əldə edə biləcəyik”.

 

Xorvatiya millisinin yeni kapitanı Norveçlə oyun haqqında da fikirlərini açıqlayıb:

 

“Düşünürəm ki, iki oyundan 4 xal qazansaq, bu heç də pis nəticə olmayacaq. Ancaq 6 xala lap çox sevinərik. Seçmə mərhələdəki bu çətin periodu addım-addım səbrlə keçmək lazımdı. Yekunda hər şeyin yaxşı olacağına ümid edirəm”.

0