“Qalatasaray”a böyük şok: Qrosskroytsun transferi FİFA tərəfindən ləğv edildi
02.09.2015 - 22:41
“Qalatasaray”a böyük şok: Qrosskroytsun transferi FİFA tərəfindən ləğv edildi

“Qalatasaray”ın Dortmund “Borussiya”sından transfer etdiyi Kevin Qrosskroytsun keçidinə FİFA tərəfindən icazə verilməyib. Apasport.az saytının məlumatına görə, buna səbəb “Qalatasaray”ın lazımi sənədləri gərəkli vaxtdan 48 saniyə gec göndərməsi olub.

 

İstanbul klubu daha sonra FİFA-ya etiraz etsə də bu dəfə imza çatışmazlığı səbəbindən klubun etirazı da qəbul edilməyib və transfer baş tutmayıb.

 

Məsələ ilə bağlı Dortmund cəbhəsindən də açıqlama gəlib. Almanlar rəsmi internet saytından aşağıdakı açıqlamanı yayıblar:

 

“Oyunçunun Türkiyəyə transferi baş tutmayıb. “Qalatasaray”ın etirazları da bir nəticə verməyib. Bununla belə, türklər FİFA-nın icazəsi olmadan da transferin həyata keçməsini istədilər, klubumuz da bunu qəbul etdi”.

 

Bunun nəticəsi olaraq isə, Qrosskroyts “Qalatasaray”la məşqlərə çıxıb, toplanışlarda iştirak etsə də, oyunlarda forma geyə bilməyəcək.

0