“Sumqayıt”dan böyükhesablı qələbə
03.09.2015 - 08:06
“Sumqayıt”dan böyükhesablı qələbə

Topaz Premyer Liqasında yaranmış fasilədən yararlanan “Sumqayıt” yoxlama görüşü keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “gənclik şəhəri” komandası “Qaradağ Lökbatan”la qarşılaşıb.

 

Aqil Məmmədovun komandası I divizion təmsilçisi üzərində 6:1 hesablı qələbə qazanıb. “Sumqayıt”ın heyətində Ağabala Ramazanov (2), Nuran Qurbanov (2), Fuad Məmmədzadə və Bəxtiyar Həsənalızadə fərqləniblər.

 

Qeyd edək ki, “Sumqayıt” Topaz Premyer Liqasında 3 turdan sonra 2 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

0