[b]Vaqif Cavadov “Qəbələ”də "öz nömrəsini" götürdü[/b]
03.09.2015 - 09:04
[b]Vaqif Cavadov “Qəbələ”də "öz nömrəsini" götürdü[/b]

Avropa Liqasının qrup mərhələsində çıxış edəcək “Qəbələ”nin yay “transfer pəncərəsi”ndə aldığı son futbolçuların hansı nömrəli formanı geyinəcəyi məlum olub. Apasport.az saytının məlumatına görə, Vaqif Cavadov, Derlis Meza Kolli və Fakundo Pereyranın hər biri 2 rəqəmli nömrəyə üstünlük verib.

 

Belə ki, Cavadov “70”, Meza Kolli “88”, Pereyra isə “32”-ni seçib.

 

Vaqifin seçdiyi nömrə ona heç də yad deyil. Təcrübəli futbolçu Rusiyanın “Volqa” klubunda və “Qarabağ”da ikinci dəfə çıxış edəndə məhz bu nömrə altında oynayıb.

 

“İnter”də 88 nömrəli formanı geyinən Meza Kolli də özünə doğma nömrəni seçib.

 

Pereyra isə 9 və 10 nömrəli formalar boş olmadığından, “32”-yə üstünlük verib. 

0