[b]“Tottenhem” və “Anderlext”in aparıcı futbolçuları “Qarabağ”a qarşı oynamayacaq[/b]
03.09.2015 - 09:37
[b]“Tottenhem” və “Anderlext”in aparıcı futbolçuları “Qarabağ”a qarşı oynamayacaq[/b]

Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib. Apasport.az saytının məlumatına görə, Ağdam klubu ilə yanaşı, J qrupunun digər iki iştirakçısının da Avropa Liqası üçün heyəti məlumdu.

 

Bu qrupda mübarizə aparacaq komandalardan yalnız “Monako”nun sifariş ərizəsi hələlik UEFA tərəfindən təsdiqlənməyib.

 

“Qarabağ” seçmə mərhələdə iştirak edən heyətə yenilərini əlavə edib. Belə ki, son transferlər Miçel və Samuel Armenterosla yanaşı, uzun müddət zədədən əziyyət çəkən Çumbinyo da heyətə salınıb. Yalnız hələ də zədədən əziyyət çəkən Namiq Ələsgərov qrupda komandaya kömək edə bilməyəcək.

 

O ki qaldı rəqiblərə, “Tottenhem” aparıcı oyunçularından olan yarımmüdafiəçi Nabil Bentaleb və hücumçu Emmanuel Adebayoru, “Anderlext” isə müdafiəçi Antoni van den Borrla yarımmüdafiəçi Dennis Praeti iştirak ərizəsinə daxil etməyib. Bu komandalar həmçinin B siyahısını da təqdim etməyiblər.

 

 

“Qarabağ”

Qapıçılar: 1. Fərhad Vəliyev, 13. İbrahim Şehiç, 94. Halit Oğuzhan

Müdafiəçilər: 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 19. Azər Salahlı, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov

Yarımmüdafiəçilər: 6. Vüqar Mustafayev, 8. Miçel, 10. Dani Kintana, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 33. Eltun Turabov, 67. Əlhərbi El Jadeyui, 70. Çumbinyo, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev

Hücumçular: 9. Reynaldo, 29. Raydel Pupon, 90. Samuel Armenteros

 

“Tottenhem”

Qapıçılar: 1. Uqo Lloris, 13. Miçel Vorm

Müdafiəçilər: 2. Kil Uolker, 3. Danni Rouz, 4. Tobi Alderveyreld, 5. Yan Vertongen, 15. Erik Dayer, 16. Kiran Tripper, 21. Federiko Fazio, 27. Kevin Vimmer, 33. Ben Deyvis

Yarımmüdafiəçilər: 7. Heun-Min Son, 8. Rayan Mason, 11. Erik Lamela, 14. Klinton Njie, 17. Andros Tounsend, 19. Musa Dembele, 20. Dele Alli, 22. Naser Çadli, 23. Kristian Eriksen, 24. Aleks Pritkard, 28. Tom Kerroll

Hücumçu: 10. Harri Kin

 

“Anderlext”

Qapıçılar: 1. Silvio Proto, 23. Frank Boeks

Müdafiəçilər: 3. Olivyer Deşakt, 14. Bram Naytink, 21. Fabritse N’Sakala, 37. İvan Obradoviç

Yarımmüdafiəçilər: 4. Serinye Mbodji, 7. Endi Najar, 16. Stiven Defur, 18. Frank Açeamponq, 27. Mahmud Hassan, 30. Gillaume Jille

Hücumçular: 9. Matias Suares, 17. İbrahima Konte, 19. Osval Alvares, 26. İdrissa Silla, 93. İmoh Ezekyel, 99. Stefano Okaka

 

0