Rəqiblərimiz bir-birini sınağa çəkəcək
03.09.2015 - 13:46
Rəqiblərimiz bir-birini sınağa çəkəcək

Belçika və Hollandiyada keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatında Azərbaycan millisinin rəqibləri hazırlıq proqramını açıqlayıblar. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri ilə B qrupunda yer alan Türkiyə və Belçika təlim-məşq toplanışının bir hissəsini bir yerdə keçəcəklər.

 

Bu gün Leuvenə yollanan “ay-ulduzlular” ev sahibi ilə 3 yoxlama matçı da oynayacaq. İlk qarşılaşması azarkeşsiz baş tutacaq görüşlər sentyabrın 4-də, 5-də və 6-da olacaq.

 

Qeyd edək ki, Azərbaycan millisi də Bakıda “Uraloçka” ilə birgə hazırlıq keçir. 

0