[b]Çingiz Abdullayev: Axmaq-axmaq xəbərlər yazırlar ki... [/b]
03.09.2015 - 15:04
[b]Çingiz Abdullayev: Axmaq-axmaq xəbərlər yazırlar ki... [/b]

“Mən 2 həftə Azərbaycanda olmamışam. Axmaq-axmaq xəbərlər yazırlar ki, Çingiz Abdullayev kimdənsə küsüb, futbola gəlmir. Hamısı yalandı”. Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Neftçi” klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.

 

Mətbuatda haqqında yazılan yazılardan narazılıq edən Abdullayev Azərbaycanda olmamağının səbəbini açıqlayıb. O bildirib ki, oğlunun ad günü üçün İngiltərəyə gedib. Həmin vaxt Azərbaycanda Rasim Əliyevin ölümündə futbolçuların adının hallandırılması ilə bağlı məsələ gündəmə gəlib və bununla bağlı beynəlxalq rəydə yanlış fikirlər formalaşıb: "Hər yerdə eşidiblər ki, bu hadisə futbolla bağlıdı. Mən Azərbaycan Penklubunun prezidentiyəm. Penklub jurnalistləri və yazıçıları bütün dünyada müdafiə edən çox nüfuzlu təşkilatdı. İranda bizim şairlərimizdən 2 nəfəri saxlayanda Penkluba müraciət etdik, məhkəməni dayandırdılar və onları buraxdılar. İndi eyni məsələ jurnalist ölümü ilə də bağlı olub. Beynəlxalq Penklub məndən tələb etdi ki, Azərbaycan Penklubun rəhbəri kimi müraciətə qol çəkməliyəm ki, Azərbaycan klubları 3 illik beynəlxalq oyunlardan kənarlaşdırılacaqlar. Onlar təzyiq edərək “Qəbələ”ni və “Qarabağ”ı oyunlara buraxmaq istəmirdilər. Təcili zəng vurdum AFFA-ya və məsləhətləşmələr nəticəsində mənə bildirildi ki, məsələnin əsl mahiyyətini beynəlxalq Penkluba izah etmək lazımdı. Mən orda da bildiridim ki, Azərbaycan prezidenti İlham Əliyev bu məsələni rəsmi olaraq pisləyib və cinayət işi açılıb. Jurnalistin ölümündə günahkar olanlar və hətta şübhəli bilinənlər hamısı həbs ediblər".

 

O, Beynəlxalq Penklubun onun izahını qəbul etdiyini də qeyd edib: "Düşünürəm ki, Azərbaycan futbolu üçün böyük iş gördük. Gedib, müraciətin qəbul olunmasına imkan vermədik. Başa saldıq ki, bu, faciədi, Aəzrbaycan futbolunda ənənə deyil”.

 

Abdullayev əlavə edib ki, daha sonra Fransaya səfər etməli olub: “Avqustun 30-da isə Fransada böyük kitab bayramı keçirdilər. Azərbaycandan fəxri qonaq kimi məni çağırmışdılar. Həmin tədbirə neçə-neçə prezident və kral gəlmişdi. Hesab etdim ki, mütləq orda iştirak etməliyəm”.

0