Peresdən “Mançester Yunayted”ə mesaj
03.09.2015 - 16:26
Peresdən “Mançester Yunayted”ə mesaj

“Mançester Yunayted”in Madrid “Real”ının uelsli futbolçusu Qaret Beyli transfer etmək arzusu həyata keçməyəcək. Apasport.az saytı xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Peres buna razılıq verməyəcək.

 

Məsələ burasındadı ki, David de Xeanın transferinin baş tutmaması Peresi qəzəbləndirib. Bu məsələdən sonra o, Beylin “mankunianlar”a satılmayacağını əminliklə dilə gətirib.

 

Qeyd edək ki, yay transfer dövründə Beylin adı “Mançester Yunayted”lə birgə hallanırdı. İngilislərin gec-tez bu keçidi rəsmiləşdirəcəkləri gözlənilirdi. 

0