[b]Malta – Azərbaycan oyununda tanış hakimlər[/b]
03.09.2015 - 18:35
[b]Malta – Azərbaycan oyununda tanış hakimlər[/b]

AVRO-2016 seçmə mərhələsi çərçivəsində keçiriləcək Malta – Azərbaycan oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sentyabrın 6-da Malta milli stadionunda baş tutacaq qarşılaşma Avstriyalı hakimlərə tapşırılıb.

 

Matçın baş hakimi avstriyalı FİFA dərəcəli hakim Harald Lexner olacaq. Ona həmyerliləri Maksimillian Kolbiç və Andreas Staudinqer yardımçı olacaqlar.

 

Əlavə köməkçi hakimlər kimi isə Aleksandr Harkam və Yulian Vaynberqer iş başında olacaq.

 

Qarşılaşmanın 4-cü hakimi olaraq Andreas Haydenrayx təyinat alıb.

 

Matçın hakim inspektoru finlandiyalı Yuni Hittia, UEFA nümayəndəsi isə Portuqaliya Futbol Federasiyasından Alvaro Albino olacaq.

 

Qeyd edək ki, Harald Lexner milli komandamız üçün tanış hakimdi. Belə ki, avstriyalı referi bu ilin iyun ayının 7-də yığma komandamızın Serbiya ilə keçirdiyi yoldaşlıq oyununda əsas söz habi olmuşdu. Həmin matçda milli komandamız 1:4 hesabı ilə məğlub olub.

0