[b]“Oyunçularımla fəxr edirəm” – Robert Prosineçki[/b]
03.09.2015 - 22:38
[b]“Oyunçularımla fəxr edirəm” – Robert Prosineçki[/b]

“Oyunçularımla fəxr edirəm. Çünki bizim rəqibimiz Avropanın ən güclülərindən biri idi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

 

Millimiz Avro-2016-nın seçmə mərhələsi çərçivəsində yer aldığı H qrupunda bu gün Xorvatiya yığmasını qəbul edib və görüş qolsuz bərabərliklə (0:0) yekunlaşıb. Prosineçki qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında sözlərinə bu cür davam edib:

 

“Mənim komandam mübarizə apardı, futbol oyndı. Bu, Azərbaycan futbolu üçün yaxşı nəticədi. Bu yaxşı nəticəyə sevinmək olmur. Çünki 3 gündən sonra yenə oyunumuz var. Fürsətdən istifadə edib azarkeşlərə minnətdarlıq edirəm. Bizi möhtəşəm dəstəklədilər”.

 

- Rauf Əliyevin yox, Məhəmməd Qurbanovun hücumda yer almasının səbəbi nə idi?

- Bu suala cavab vermək istəmirəm.

 

- Xorvatiya yığmasını tanımağınızın bu gün xeyri oldu?

- Təbii ki, xeyri oldu. Amma ilk növbədə komandanın mübarizəsi hesabına 1 xal qazandıq. Onlarla fəxr edirəm. Rəqibin oyunçuları nəhəng klublarda çıxış edirlər. Onlara qarşı mübarizə aparmaq asan deyil.

 

- Millimiz tarixində ilk dəfə ardıcıl 3 rəsmi oyunda qol buraxmadı. Bu, sizin üçün nə deməkdi?

- Bu mənim üçün o deməkdi ki, oyunçularım düzgün çalışır, öz üzərində işləyirlər. Onlarda inam qayıdıb. Xovatiyanın İtaliya ilə oyundan başqa bütün matçlarda qələbə qazandığını da nəzərə almaq lazımdı. İtaliya ilə matçı çıxmaq şərtilə onlar ilk dəfə xal itirdilər. Məncə, oyunçularımızla fəxr etməlisiniz.

 

- Belə oyunla Maltaya qarşı nəyə ümid etmək olar?

- Siz deyəsən Xorvatiyanın tam gücünü, onların nəyə qadir olduğunu bilmirsiniz. Malta ilə matçda da sərfəli nəticə üçün əlimizdən gələni edəcəyik. Gəlin ilk növbədə bu heç-heçənin sevincini yaşayaq. Malta ilə matç haqda orda danışarıq.

 

- Bir il əvvəl 0:6 hesabı ilə uduzduğumuz komandaya qarşı prixoloji cəhətdən hazırlaşmaq çətin olmadı?

- Bundan əvvəl iki rəsmi oyun keçirmişdik. Komanda artıq özünə inanır. Futbolçularla intensiv çalışmanın nəticəsini bu gün gördük.

0