Samir Əliyev uğursuzluğa görə hesabat verdi
04.09.2015 - 08:42
Samir Əliyev uğursuzluğa görə hesabat verdi

“Neftçi”nin Müşahidə Şurasının avqustun 2-də keçirilmiş iclasında qəbul olunmuş qərarlarla yanaşı, əsas komandanın çıxışı da ətraflı müzakirə edilib. Apasport.az-ın klubun syatına istinadən məlumatına görə, Bakı təmsilçisinin icraçı-direktorunun müavini Mübariz Xudiyev, idman direktoru Vəli Qasımov və baş məşqçi Samir Əliyevin də dəvət olunduğu iclasda Topaz Premyer Liqasının ilk turu çərçivəsində “Kəpəz”lə keçirilmiş oyunda komandanın zəif çıxışı və II turun “İnter”lə oyunundakı uğursuz nəticə barədə hesabat verilib.

 

Hazırda əsas heyətin 8 futbolçusunun milli komandalarımıza dəvət olunması ilə əlaqədar olaraq əvəzedici komandadan gənc futbolçuların hazırlığa qatılması prosesi müzakirə mövzusu olub. Eyni zamanda, klubun seleksiya prosesi və transfer fəaliyyəti ilə əlaqədar hesabat dinlənilib və son transferlər müzakirə edilib.

 

İclasda əsas komanda ilə yanaşı, aşağı yaş qrupu komandalarının formalaşması və infrastruktur layihələri ilə bağlı məsələlər barədə danışılıb. Həmçinin azarkeşlərlə münasibətlərin tənzimlənməsi, onların oyunlar zamanı və oyunlardan sonra davranışları barədə söhbət aparılıb.

0