[b]“Millinizi bəyəndim” – MÜSAHİBƏ[/b]
04.09.2015 - 10:00
[b]“Millinizi bəyəndim” – MÜSAHİBƏ[/b]

Azərbaycan – Xorvatiya matçından sonra qonaqların oyunçusu Daniel Pranyiç azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə “Panatinaikos”un formasını geyinən 33 yaşlı futbolçu millimizi tərifləyib.

 

 

- Xorvatiya yığmasının millimiz üzərində asan qələbə qazanacağını düşünənlər az deyildi. Lakin Bakını 1 xalla tərk etməli oldunuz…

- Bakıya qələbə dalınca gəlmişdik. Asan oyun olmadı. Rəqib haqda müsbət fikirdəyəm. Düşünürəm ki, bizə qarşı yaxşı komanda mübarizə apardı. Meydana qələbə üçün çıxmışdıq, ancaq alınmadı. Azərbaycan millisi sona qədər mübarizə apardı. Yekunda da istədiklərinə çatdılar, qolsuz bərabərlik qeydə alındı.

 

- Matçın baş hakimi Rudi Buketin idarəçiliyindən razı qaldızmı?

- Xeyr. Hakimin idarəçiliyindən razı qaldığımı deyə bilmərəm.

 

- Həmyerliniz Robert Prosineçkinin Azərbaycan yığmasındakı işini necə qiymətləndirirsiz?

- Prosineçki hər şeydən əvvəl yaxşı futbolçu olub. Bunu hamı təsdiqləyər. Futbolçu olanda texnikası ilə seçilirdi. Məşqçi kimi də bu ənənəni davam etdirir. Bunu onun çalışdırdığı komandaların sərgilədiyi futboldan anlamaq mümkündü. Azərbaycan yığması da Prosineçkinin rəhbərliyi altında texnikalı oyun göstərməyə çalışır. Yenə deyirəm, millinizi bəyəndim. Məncə, getdikcə komandanızın oyunu daha da yaxşılaşacaq.

 

- Əsl mövqeyiniz yarımmüdafiəçi olsa da, daha çox müdafiədə göründüz. Bu sizə problem yaratmadı ki?

- Xeyr. Mənə hansı mövqedə oynamaq tapşırılırsa, onu da edirəm. Karyeram ərzində həm yarımmüdafiə, həm də müdafiənin cinahında oynamışam. Odu ki, problem olmadı.

 

- Bu il Bakıya ikinci dəfə səfər etdiniz. “Panatinaikos”un heyətində paytaxtımıza təşrif buyuranda da qolsuz bərabərliklə ayrılmışdız, bu dəfə də eyni nəticə qeydə alındı…

- Düzdü, “Panatinaikos”un heyətində Bakıda “Qəbələ” ilə keçirdiyimiz matçda da qol vurulmamışdı. Bu gün də qolsuz bərabərlik qeydə alındı.

 

 

 

 

0