“Topaz” Azərbaycan – Avstriya matçının şanslısını açıqladı
04.09.2015 - 11:09
“Topaz” Azərbaycan – Avstriya matçının şanslısını açıqladı

“Topaz” Avro-2017-nin seçmə mərhələsi çərçivəsində 21 yaşadək futbolçular arasında keçiriləcək oyunlar üçün əmsalları açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru bu gün keçiriləcək Azərbaycan – Avstriya qarşılaşmasına da pul qoyuluşu qəbul edəcək.

 

“Topaz” görüşdə qonaqları şanslı sayır. Yaşar Vahabzadənin yetirmələrinin qələbəsi 5,25 əmsalla qiymətləndirildiyi halda, avstriyalıların 3 xal qazanmasında 1,45 əmsal verilib. Oyunda heç-heçə 3,65 əmsaldı.

 

Qeyd edək ki, matç saat 19:00-da başlayacaq.

 

0