[b]“Azərbaycan millisi müdafiədə keçilməz sədd qurmuşdu” – Marko Pyaça[/b]
04.09.2015 - 12:24
[b]“Azərbaycan millisi müdafiədə keçilməz sədd qurmuşdu” – Marko Pyaça[/b]

“Çox məyus oldum. Çünki meydana qələbə üçün çıxmışdıq. Ancaq bunun öhdəsindən gələ bilmədik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının futbolçusu Marko Pyaça deyib.

 

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində dünən yığmamızın qonağı olan Xorvatiya millisinin qələbə arzusu həyata keçməyib. Qolsuz bərabərliyə razılaşan xorvatlar Bakını 1 xalla tərk edəsi olublar.

 

Matçla bağlı Xorvatiya mətbuatına fikirlərini bölüşən Pyaça millimizin müdafiədə yaxşı oynadığını bildirib: “Çoxlu sayda qol vəziyyətləri yaratdıq. Ancaq hesabı açmağı heç cür bacarmadıq. Azərbaycanla matçda planımız bu idi ki, getdikcə təzyiqi artıraq və qollar vuraq. Amma rəqib müdafiədə keçilməz sədd qurmuşdu, bizə imkan vermədi”.  

 

Gənc yarımmüdafiəçi Norveçlə matçda xal itkisinə yol verməməli olduqlarını qeyd edib: “

İndi bizi Norveçlə oyun düşündürür. İrəli baxmaq lazımdı. Oslodan mütləq 3 xalla ilə ayrılmalıyıq. Norveçdə xal itkisinə yol vermək olmaz”.

 

Qeyd edək ki, Xorvatiya Norveçlə sentyabrın 6-da qarşılaşacaq. 

0